Xəbərlər

Avstraliyada sosial mediaya qadağa qoyula bilər

“Avstraliyada 16 yaşından kiçik uşaqlar artıq sosial mediadan istifadə edə bilməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

Avstraliya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi hazırlayıb.

Qeyd edilib ki, qanun qəbul olunarsa, texnologiya şirkətləri bu qadağanı pozarsa, 50 milyon Avstraliya dolları miqdarına qədər cərimələrlə üzləşəcək.

“Bu islahat gəncləri qorumaq və valideynlərə onların tərəfində olduğumuzu göstərmək üçün edilir. Tənzimləmə məsuliyyəti uşaqlar və ya valideynlərə deyil, sosial media platformalarına qoyur”, – rəsmilər bildirib.