Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Özbəkistanın Azərbaycandakı səfirliyi və Özbəkistan Respublikasının “Hunarmand” Assosiasiyasının birgə təşkilatçılığı ilə məşhur özbək tikmə ustası Mədinə Kasımbayevanın yaradıcılığına həsr olunan sərgi açılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə muzeydən məlumat verilib.
Bildirilib ki, sərgidə təqdim olunan “oy-palyak” süzəni, Daşkənd tikmə məktəbinin ənənələrini müasir üslubla birləşdirən nadir nümunədir.
Ekspozisiya həmçinin süzənin yaranma mərhələlərini göstərən 15 pano, işin hazırlanmasını əks etdirən videoçarx və animasiya ilə tamamlanıb. Sərgi çərçivəsində ustad dərsləri və mühazirələr də reallaşıb.



