Xəbərlər

Füyuzat TV-də yeni layihə

Bu gün saat 17:00-da Füyuzat TV-nin yeni layihəsi olan “Kitabdan həyata” verilişi MİMTA yayımlarının rəhbəri Əsəd Aslanoğlunun təqdimatında tamaşaçıların ixtiyarına veriləcək. Verilişi hər həftənin şənbə günü, saat 17:00-da Füyuzat TV-nin YouTube kanalından izləyə biləcəksiniz.
Sözügedən layihə mütaliənin populyarlaşdırılmasına, tarixi irsimizin daha da dərindən öyrənilməsinə, milli kimliyimizin, mədəniyyətimizin, mənəvi dəyərlərimizin nəsildən-nəsilə çatdırılmasına həsr edilib.
Proqramda hər dəfə bir kitab, onun müəllifi və əsər haqqında məlumat veriləcək. Əsərin günümüz üçün ictimai əhəmiyyəti, insanların mənəvi dünyasına ötürdüyü mesajlar barəsində zəruri məsələlərə toxunulacaq.