Təhlil

Gender sosial problemlər aspektində – ailə və zorakılıq

Qadınlar əleyhinə zorakılıq sülh, təhlükəsizlik, inkişaf, bərabərliyə qarşı əngəl, ictimai səhiyyə böhranı və insan hüquqlarının geniş şəkildə pozulmasıdır. “Qadınlar əleyhinə zorakılıq” və “gender zorakılığı” cəmiyyətdə kişilərə nisbətən qadınların tabelilik statusu və gender bərabərsizliyindən irəli gələn, qadınlar əleyhinə törədilən genişmiqyaslı zorakılığa istinad etmək üçün işlədilən terminlərdir. Müharibə dövrü də daxil olmaqla qadınlar əleyhinə törədilən zorakılıq qadınlar, onların ailələri və cəmiyyətlərində onlarda qorxu yaratmaq, onları alçaltmaq və dəhşətə salmaq üçün istifadə olunur.

1993-cü ildə BMT-nin “Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında” bəyannaməsi “İctimai və şəxsi həyatda baş verən məcburi və əsassız şəkildə azadlıqdan məhrum olunma daxil olmaqla, qadınların fiziki, psixoloji və cinsi zərər görməsi ilə nəticələnən istənilən gender zorakılığı”nı qadınlar əleyhinə zorakılıq adlandırmışdır. Buraya, həmçinin ümumi cəmiyyət daxilində, ailədə baş verən dövlət tərəfindən həyata keçirilən və ya göz yumulan, qəbul edilən zorakılıq da daxildir.

Gender zorakılığının növlərinə bunlar daxildir, ancaq bu heç də qeyd edilənlərlə məhdudlaşmır: məişət zorakılığı, cinsi zorakılıq, cinsi təcavüz, qadın alveri, məcburi fahişəlik və digərləri. Zorakılığın bu növləri fiziki, zehni, cinsi, reproduktiv və digər sağlamlıq problemlərinə yol aça bilər. Buna əlavə olaraq, qadınların sinfi, irqi, etnik mənsubiyyət, din, yaş, cinsiyyət və vətəndaşlıq statusu kimi faktorlara əsaslanan çoxsaylı və kəsişən şəxsiyyətləri onların zorakılığa məruz qalmalarını artıra bilər.

Qadın Hüquqlarının Müdafiəçiləri kimlərdir? Qadın Hüquqlarının Müdafiəçiləri adı altında birləşən şəxslər insan hüquqlarının tanınması və zorakılıqlara son qoyulması üçün mübarizə aparırlar. Bu həm qadınlar, həm də kişilərin könüllülük əsasında birliyidir. İnsan Hüquqları Müdafiəçiləri öz şəxsi təhlükəsizliklərinə qarşı olan böyük risklərlə üzləşərək özlərinin və başqalarının hüquqları uğrunda mübarizə aparırlar. Qadın Hüquqları Müdafiəçiləri öz kişi həmkarları ilə birlikdə eyni zəif cəhətləri paylaşarkən, patriarxal dominantlığın passiv qəbuledicilərindən fərqli olaraq, dəyişikliyin aktiv agentləri kimi insan hüquqlarının müdafiəsində fəaliyyətlərinə və genderlərinə görə böyük düşmənçilik və zorakılıqla üzləşirlər. İnsan hüquqlarının müdafiəçisi olan şəxs insan hüquqlarının pozulması mənbələrini təhdid edir. Amma qadın hüquqlarının müdafiəçisi olan şəxs milli gender rolları və kişi zorakılığından asılı olan bütöv patriarxal sistemi təhdid edir. Dünyanın hər bir yerində qadınlar qəbul edilmiş ənənələrə, stereotiplərə, qadınların hüquqlarını inkar edən və sistematik-dövri qüsurları zorla qəbul etdirən sosial-mədəni normalara qarşı fəal şəkildə mübarizə aparırlar. Qadın Hüquqları Müdafiəçiləri qadın hüquqları ilə bağlı onların zəifliklərinin səbəb olduğu məsələlərdə aktivdirlər (qadınların iqtisadi, ictimai, siyasi, cinsi və reproduktiv hüquqları; zorakılıq, təhqir, zorlama, gender ayrıseçkiliyi və təcrid olunma; və digər təcrid olunmuş və ayrıseçkiliyə məruz qalmış qrupların hüquqları daxil olmaqla). Qadın Hüquqları Müdafiəçiləri ictimai sahədə öz fəallıqlarına görə yaxınları tərəfindən etirazlarla üzləşir və dövlət, onun təhlükəsizlik qüvvələri, ədliyyə sistemi, hətta kişi həmkarları tərəfindən öz ailələrinin namusuna xələl gətirməkdən qorxurlar.

Qadın Hüquqları Müdafiəçilərinə dövlət və onun təhlükəsizlik qüvvələri tərəfindən “pis” qadınlar və ya təxribatçı agentlər adı ilə fəaliyyət göstərən din və mədəniyyət xadimləri olaraq yanaşılır və onların təbliğ etdiyi məsələlərə isə heteronormativ cəmiyyətin patriarxal idarəsi, din, mədəniyyət əleyhinə dağıdıcı amil kimi baxılır. Bu səbəbdən Qadın Hüquqları Müdafiəçiləri mədəniyyət və dini şərh edərək fəallıq göstərdiklərinə görə ölüm və zorakılıq kmi təhlükələrlə üzləşirlər. Ölüm və zorakı hücumlardan əlavə Qadın Hüquqları Müdafiəçiləri bəzən öz cəmiyyətlərində ştat tərəfindən həyata keçirilən müxtəlif formada repressiya, təcrid olunma və iftiralarla üzləşirlər. Onları “ateist”, “xarici”, “yad planetli”, “qeyri-bircins”, “əxlaqi cəhətdən sərbəst” adlandırırlar. Bu terminlərin hamısı Qadın Hüquq Müdafiəçilərini etibardan salmaq, onları cəmiyyətə qarşı çıxarmaq, onların mübarizəsini qeyri-qanuni etmək, onlara qarşı zorakılığı asanlaşdırmaq və dəstəkləmək üçün istifadə olunur. Sosial, iqtisadi və siyasi dəyişikliklər etməyə çalışan və insan hüquqları aktivizminə qoşulan qadınların mübarizəsini dayandırmaq üçün ştat, ailə və ya cəmiyyət tərəfindən qadınlara qarşı zorakılıq həyata keçirilir.

2001-ci ildə əldə olunmuş məlumatlara əsasən isə Bakı şəhərində yaşayan qadınların 59%-i öz ərləri tərəfindən ev zorakılığına məruz qalmışdırlar. Cinslərin hüquq bərabərliyinə gəldikdə isə qadınların 70, kişilərin isə 48%-i ailədə hüquqların bərabər olduğunu qəbul edirlər. Gənc oğlanların 32%-i, gənc qızların 48%-i kişi və qadınların eyni hüquqa malik olduğunu təsdiqləmişdirlər.
Qadınlara qarşı olan zorakılıq hallarının aradan qaldırılması zamanı maraqlı olan qrupların fəaliyyəti də əsas amil kimi iştirak edə bilər. Məsələn, ABŞ-da bu məsələlərin parlament və hökumət səviyyəsində həll olunması ilə məşğul olan koalisiya yaradılmışdır. ABŞ-da həmçinin hər ilin mart ayının 25-də lobbilləşdirmənin milli günü adlı tədbirlər də həyata keçirilir. Bu tədbirdə ölkə əhalisi qadınların müdafiəçiləri ilə həmrəy olduğunu ifadə edir. Bununla əlaqədar olaraq ABŞ-da ailədə zorakılığın baş verməsi halları 20%-ə qədər azalmışdır.

Burada həmçinin qadınların saxlanılması üçün zəruri olan “selterlər” və böhran mərkəzləri təşkil edilmişdir. Onların fəaliyəti Qərb ölkələrində geniş şəkildə yayılmışdır. Bu mərkəzlər ailə problemlərinin həll olunmasında qadın və uşaqlara yardım edirlər. Burada qadınlar hüququ, tibbi və emosional yardım alırlar. Bütün xidmətlər pulsuzdur, çünki qadın problemlərinin həll olunmasında dövlətdən başqa digər fərdi qurumlar da iştirak edirlər. Uşaqlı qadınlar bu mərkəzdə 90 gün qala bilərlər. Xüsusi şəraitdə isə onlar burada bir il yaşayırlar. Xüsusi polis idarəsi bu qadınların təhlükəsizliyini təmin edir. Bu mərkəzlərin Azərbaycanda da yaradılması üzrə tədbirlər həyata keçirilir.
Qadınlara qarşı olan zorakılığın aradan qaldırılmasına dair siyasətin əsas tərkib hissəsi, təbliğat kompaniyalarının həyata keçirilməsindən ibarətdir. Məsələn, MDB ölkələrinin əksəriyyətində, o cümlədən Azərbaycanda BMT-nin Qadınlar üzrə olan inkişaf fondunun yardımı ilə “Zorakılıq olmadan yaşamaq bizim hüququmuzdur” adlı maarifləndirici kompaniya təsis edilmişdir.

Kompaniyanın əsas məqsədi – qadınlara qarşı olan zorakılıq problemlərinin əhaliyə çatdırılması və bu mənfi təzahürün iqtisadi və sosial nəticələrinin dərk olunmasından ibarətdir. Kompaniya ilk növbədə ev zorakılığın ləğv edilməsinə və iş yerlərində cinsi zorakılığın qarşısının alınmasına yönəldilmişdir. Bu tədbirlərə, qadınlara qarşı olan zorakılığın tədqiq edilməsi, hüquq mühafizəsi orqanları üçün nəzərdə tutulan xüsusi təlimlərin təşkil edilməsi, sənədli filimlərin çəkilməsi, audio və radio məhsulların istehsal olunası və s. aiddir.

Ümumilikdə isə qadınlara qarşı edilən zorakılıq problemlərinin həll edilməsi kompleks şəklində olan tədbirlərin həyata keçirilməsini tələb edir. Bura cinslər arasında olan münasibətlərin gender simmetriyasının təsdiq olunmasına yardım edən ictimai şüurda dəyişikliklərin həyata keçirilməsi zəruriyyəti aiddir.

Lamiyyə Abbasova
Sosioloq