Xəbərlər

Harris prezidentliyə namizəd olmaq üçün kifayət qədər səs toplayıb

ABŞ-ın vitse-prezidenti Kamala Harris noyabrda keçiriləcək seçkilərdə iştirak etmək üçün Demokratlar partiyası daxilində kifayət qədər səs toplayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Harrisi 2538 nümayəndə dəstəkləyib. Demokrat Partiyasının qaydalarına görə, namizəd kimi təsdiq olunmaq üçün ən azı 1976 səs toplamaq lazımdır.