Xəbərlər

İraq: İsrail Yaxın Şərqin siyasi xəritəsini dəyişmək istəyir

“İsrail hakimiyyəti İran ərazisinə hücumları ilə bölgədəki hərbi əməliyyatların ərazisini genişləndirməyə və Yaxın Şərqin siyasi xəritəsini dəyişməyə çalışır”.

“Füyuzat”ın məlumatına görə, bunu İraqın Baş naziri Məhəmməd əl-Sudani deyib.

İraq hökumətinin başçısı bildirib: “İsrail Yaxın Şərqin yeni xəritəsini tərtib etmək üçün regionda müharibənin miqyasını artırmaq niyyətindədir”.

Əl-Sudani Bağdadda akkreditə olunmuş bir qrup diplomatla görüşdə “İranın BMT-nin normalarına uyğun olaraq özünümüdafiə etmək üçün qanuni haqqı olduğunu” vurğulayıb: “Yaxın Şərq regionunda sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan beynəlxalq ictimaiyyətin uğursuzluğa düçar oldu”.

Əl-Sudani İranla tam həmrəy olduqlarını da ifadə edib.