Xəbərlər

KİV: İsrail ilk dəfə kamikadze robotlarla xəstəxanaya hücum edib

İsrail Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasına ilk dəfə olaraq kamikadze robotlarından istifadə edərək hücumlar həyata keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“İsrail hərbçiləri xəstəxananı tanklardan atəşə tutur, həmçinin dronlarından istifadə edir. Tibb müəssisəsində təxliyəsi, demək olar ki, mümkün olmayan yeni doğulmuş körpələr də daxil olmaqla 400-ə yaxın mülki şəxs var. Bu yaxınlarda iki döyüş robotu xəstəxananın yaxınlığında partladı, ciddi dağıntılar törədilib, 20-yə yaxın insan yaralanıb”, – xəstəxananın direktoru bildirib.