Xəbərlər

Latviya NATO-nun Kiyevə silah tədarükü üçün 100 milyard dollarlıq fond yaratmaq planını təsdiqləyib

Latviyanın xarici işlər naziri Krisjanis Karins Şimali Atlantika Alyansının (NATO) Ukraynaya silah tədarükü üçün 100 milyard dollarlıq fond yaratmaq niyyətini təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Krisjanis Karins Brüsseldə alyans ölkələrinin xarici işlər orqanları rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.

“Vəsait alyans üzvlərindən gələcək. Düşünürəm ki, bu, baş katibin çox vacib təklifidir”, – Karins bildirib.