Füyuzat 138 Sübhan Talıblı

Lənkəran soyqırımı

Tarixi faktlar sübut edir ki, ermənilərin (haylar) Cənubi Qafqazda, tarixi Azərbaycan ərazilərində məskunlaşdırılması çar Rusiyasının hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb. “Dənizdən dənizə böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi faşist iddiaları irəli sürən, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan XIX əsrin axırlarında yaradılmış “Daşnaksütyun” partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsi üçün beynəlxalq və regional güclərin hərtərəfli dəstəyi ilə ermənilər dünyanın hər yerində kütləvi qırğın, qətliam, terror aktları, soyqırımı, etnik təmizləmə, soyğunçuluq və qarətlər həyata keçiriblər.

1918-ci il avqust ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri Fətəli xan Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradılıb. FTK əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici işlər, sonra isə ədliyyə nazirlikləri yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə qədər rəsmi təhqiqat orqanı kimi fəaliyyət göstərib. Əsas məqsədi erməni daşnakların azərbaycanlıların həyatı və əmlakına qarşı törətdiyi cinayət əməllərini təhqiq etmək olmuşdur. Bundan başqa, Əlimərdan bəy Topçubaşov Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı materialları və fotoşəkilləri Paris sülh konfransına təqdim etmişdi.

1918-ci ilin mart-aprel hadisələri zamanı Azərbaycanın erməni daşnakları və onları dəstəkləyən qüvvələrin təcavüzünə məruz qalan bölgələrindən biri də Lənkəran olub. Həmin dövrdə Lənkəran şəhərində, rayonun Mamusta, Viravul, Vilvan, Girdəni, Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törətmişlər. Ümumi­likdə Lənkəran qəzası və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılaraq yerlə yeksan edilmiş, 2000 nəfərdən çox dinc əhali soyqırımına məruz qalmışdır.

Qeyd edək ki, çar Rusiyası Azərbaycanın şimal torpaqlarını işğal etdikdən sonra xanlıqlar və sultanlıqları ləğv edərək 1840-cı ilə qədər mövcud olmuş əyalət və dairələr yaratmışdır. 1840-cı il aprelin 10-da yaradılmış Lənkəran qəzası 1929 (1930)-cu ilə qədər mövcud olmuşdur. Qəza Azərbaycan Respublikasının indiki Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarını əhatə etmişdir.

Qeyd edək ki, Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin (1838–1924) Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev 1918-ci il martın 17-də burada baş verən ixtilafda erməni silahlı dəstələri tərəfindən qətl edilmişdir. Onun cənazəsini Lənkərandan Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə salmışdır. Martın 27-nə təyin edilən dəfndə iştirak edəcək müsəlman alayının zabitləri Lənkərandan Bakıya gəlməli, daha sonra isə “Evelina” gəmisi ilə geri qayıtmalı idilər…

Davamı…