Martın 13-də Milli Kitabxanada görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, professor Zakir Bağırovun anadan olmasının 110 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Zakir Bağırov –110” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
“Füyuzat”ın məlumatına görə, bu barədə kitabxanadan məlumat verilib.
Bildirilib ki, sərgidə bəstəkarın operaları, operettaları, süitaları, kamera-instrumental əsərləri, mahnıları, romansları və s. əsərləri, həyatı və yaradıcılığı haqqında ədəbiyyatlar nümayiş olunur.



