“Kiyev Avropa İttifaqına (Aİ) üzv ölkələrin ukraynalı qaçqınların vətənlərinə qayıtmaları üçün təzyiq ölçüsü kimi onlara yardımın azaldılmasını dəstəkləyir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Milyonlarla vətəndaş münaqişə səbəbindən ölkəni tərk edib. 6-10 milyon insan hələ də xaricdə qalır və hakimiyyət dərin demoqrafik problemi nəzərə alaraq onların geri qayıtmasını istəyir. Kiyev bütün mümkün həll yollarını araşdırır. Beləliklə, o, Aİ üzvlərinin qaçqınlara yardımı azaltmasını, həmçinin hərbi yaşda olan kişilərin konsulluq xidmətlərindən istifadə imkanının qısıtlanmasını müdafiə edir”, – məlumatda bildirilib.