Yeni araşdırma ABŞ-də gözlənilən ömür uzunluğu ilə bağlı mühüm və narahatedici bir dəyişiklik olduğunu göstərir.
“Füyuzat”ın məlumatına görə, bu barədə “ScienceAlert” məlumat yayıb.
Tədqiqat 1999–2023-cü illər arasında 25–44 yaşlı amerikalılar arasında 3,3 milyondan çox ölüm hadisəsini analiz edib və nəticələr göstərir ki, gənc yaş qrupunda ölüm halları nəzərəçarpacaq dərəcədə artıb. Alimlər xüsusilə 1970–1985-ci illər arasında doğulan insanların daha yüksək ölüm riski ilə üzləşdiyini bildirir və bu tendensiyanı ölkənin demoqrafik sağlamlığı üçün “dönüş nöqtəsi” kimi qiymətləndirirlər.



