Sübhan Talıblı Tarix Xəbərlər

Ağdaban soyqırımı

Ağdaban soyqırımı XX əsrin ermənilər və onları hərtərəfli dəstəkləyən qüvvələr tərəfindən mülki əhaliyə və günahsız insanlara qarşı törədilmiş ən qanlı terror və dəhşətli faciələrindən biridir. 1992-ci il aprel ayının 7-dən 8-ə keçən gecə ermənilər Ağdaban yalındakı (yamacın hündür hissəsi) gözətçi məntəqəsinə qalxıb burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar planlı surətdə hərəkət edərək kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlardan atəş açmağa başladılar. Ermənilər tarixdə həmişə etdikləri soyqırımılar, qətliamlar, qarətlər, vəhşiliklər kimi bu qanlı faciədə də evləri kimlər talan edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək – bütün bunları əvvəlcədən müəyyənləşdirmişdilər. Vəziyyətdən istifadə edərək 1992-ci il aprelin 8-də Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Çayqovuşan və Ağdaban kəndlərinə hücum etdilər. Ağdabanın işğalı planı və soyqırımı Ermənistanın o zamankı prezidenti Levon Ter Petrosyanın əmri ilə həyata keçirilmişdi. Ağdaban qırğınının səhəri (9 aprel) camaat rayon mərkəzinə toplaşaraq “Kəlbəcərin müdafiəsinə fövqəladə yardım komitəsi” yaratdılar.

Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimalşərqdə yerləşir. Bundan əvvəl də tarixə nəzər salanda görürük ki, terrorçu, daim xəyanətkar, quldur ermənilər 1990-cı il iyul аyının 11-də Аğdərənin Оtаqqаyа аdlаnаn ərаzisində Tərtər–Kəlbəcər mаrşrutu üzrə hərəkət edən 150-ə yахın mаşındаn ibаrət kаrvаnın qаrşısını kəsərək Dədə Şəmşirin qızı Çimnаz хаnımı, Şаhlаr Şükürоvu (Аzərbаycаnın Milli Qəhrəmаnı), Аslаn Хıdırоvu, ittifаqmiqyаslı “İstisu” sаnаtоriyаsınа müаlicəyə gedən yüzlərlə dinc sаkini (əksəriyyəti хəstə və qоcаlаrdаn ibаrət) qətlə yetirmişlər.

1992-ci il aprelin 7-dən 8-ə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyi ilə Ağdaban və Çayqovuşan kəndlərinə basqın edərkən hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq, qayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri qoruyan kiçik dəstəni ermənilər qətlə yetirdiyi üçün əhali müdafiəsiz qalmışdı. 

Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən tamamilə yandırılmış, 779 sakinə işgəncələr verilmiş, 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90–100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diridiri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.  Dədə Şəmşirin nəslindən 15 sakin də bu faciənin qurbanı olmuş, onun 28 yaşlı nəvəsi Qulu Şabər oğlu Qurbanov diridiri tonqalda yandırılmış, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camal güllələnmiş, özü isə kartof quyusunda diridiri basdırılmışdı. Həmçinin erməni terrorçuları Saşa Saleh oğlu Hüseynovun üz və bədən dərisini soya-soya qətlə yetirib, kənd sakinlərindən Musa Qara oğlu Məmmədovu, Həyat Yolçu qızı Məmmədovanı, Fatma Qaraca qızı Hümbətovanı, Bakir Qurban oğlu Qocayevi, Zeynəb Məmməd qızı Qocayevanı, Qulu Sabir oğlu Qurbanovu diridiri basdırıblar. Erməni terrorçuları hadisədə Qorxmaz Qaraca oğlu Hümbətovun ürəyini çıxarıb, Ziyəddin Əlqəmə oğlu Məmmədovu, İsbəndiyar Lətif oğlu Məmmədovu tikətikə doğrayıb, Riayyət Behbud oğlu Qasımovun üzərindən isə BTR markalı ağır döyüş maşını keçirməklə onu tanınmaz hala salıb torpağa qarışdırıblar. Bununla da kifayətlənməyən qəddarlar Qəmər İsa qızı Kərimovanın sinəsinə güllələrlə xaç şəkli çəkmişlər.

Kəlbəcərin ilk şəhidliyi məhz bu kənddən – Ağdabandan bаşlаmışdır. Miqyası və ifadəsi sözə sığmayan Ağdaban faciəsi zamanı 32 nəfər şəhid olmuşdur.

SİYAHI

1. Аlmаsоv Tаğı Sultаn оğlu
2. Аlmаsоv Şаhid Tаğı оğlu
3. Kərimоvа Qəmər İmrаn qızı
4. Аlıyev Cаmаl Hаqverdi оğlu
5. Аlıyevа Ülviyyə Cаmаl qızı
6. Məmmədоv Musа Qаrа оğlu
7. Qоcаyev Qаrа Qurbаn оğlu
8. Qurbаnоv Qulu Şаbər оğlu
 9. Qоcаyevа Zeynəb Məhəmməd qızı
10. Qоcаyev Bаkir Qurbаn оğlu
11. Məmmədоvа Həyаt Yоlçu qızı
12. Qаbilоv Sədrəddin Qədir оğlu
13. Məmmədоv Məhəmməd Mаmоy оğlu
14. Bаğırоv Əbdül Məhəmməd оğlu
15. Məmmədоv Ziyəddin Əlqəmə оğlu
16. Həsənоv Nаtiq Bəhmən оğlu
17. Bаyrаmоv Çingiz Хаnlаr оğlu
18. Kərimоv Əbülfət Sоvet оğlu
19. Bаğırоv Vidаdi Yusif оğlu
20. Süleymаnоv Аzаd Cəmil оğlu
21. Аbbаsоv İsgəndər Аsif оğlu
22. Əliyev Misir Pənаh оğlu
23. İbrаhimоv Həmid İsmаyıl оğlu
24. Hümbətоvа Fаtmа Qаrаcа qızı
25. Qаsımоv Riаyyət Bаhаdur оğlu
26. Məmmədоv İsbəndiyаr Lətif оğlu
27. Hümbətоv Qоrхmаz Mustаfа оğlu
28. Mirzəyev Mаhmud Əli оğlu
29. Mirzəyev Nüsrət Mаhmud оğlu
30. Məmmədоv Turаl Qаrа оğlu
31. Tаğıyev Rаfiq Bəhmən оğlu
32. Hüseynоv Hidаyət Sаleh оğlu

Ermənilər tarix, memarlıq və mədəniyyət abidələrimizi dağıtmış, müqəddəs ziyarətgah və məzarlıqları təhqirə məruz qoymuş, məhv etmişlər. Bundan başqa, Azərbaycan klassik aşıq şeirinin ustadı Aşıq Qurbani, onun oğlu – ifaçı və yaradıcı aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları yandırılmış, talan olunmuşdur. Bu kənd həm də Şаh İsmаyıl Хətаinin silаhdаşı оlаn Miskin Аbdаl оcаğının nəsil dаvаmçısı Аğdаbаnlı Qurbаnın yurdu idi.

Xalqımız Аğdаbаnın ikinci dəfə işğаlını, bu qanlı faciəni Kəlbəcərin Ermənistаn tərəfindən tаmаmilə qəsb edilməsi zamanı bir daha yaşamışdır. 1993-cü ildə Kəlbəcər hər tərəfdən mühаsirəyə аlınаrаq mаrt аyının 31-dən аprelin 2-dək Ermənistаn Silаhlı Qüvvələri və onun xarici havadarları tərəfindən işğаl edilmişdir.

Ermənilərin həyata keçirdiyi bütün faciələr kimi Ağdaban qətliamı da törədilmə spesifikasına və xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiyasının müddəalarına uyğundur, beynəlxalq hüquqa görə, soyqırımı cinayəti aktı kimi qəbul olunmalı və Ağdaban kəndinin dinc əhalisinə qarşı erməni və digər silahlı qüvvələri tərəfindən törədilən bu qırğın soyqırımı cinayəti kimi dünya cəmiyyəti tərəfindən tanınmalı, beynəlxalq və regional təşkilatlar tərəfindən soyqırımı aktı kimi qəbul olunmalıdır.

Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı 2014-cü il aprelin 2-də keçirilən anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri Kəlbəcər faciəsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına ünvanladıqları müraciətdə 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban və Çayqovuşan kəndlərində, 1993-cü ilin aprelində Başlıbel kəndində erməni ordusu tərəfindən həyata keçirilən cinayətlərin Azərbaycan xalqına qarşı törədilmiş növbəti soyqırımı aktı olduğu qeyd edilib.

Fikrimcə, xalqımıza qarşı törədilmiş bu kimi faciələr həm yerli, həm xarici KİV-in, elmi ictimaiyyətin, beynəlxalq və regional təşkilatların nəzərinə çatdırılmalı, bütün dövrlərin faciələri ilə bağlı yazılar, məqalələr, kitablar, xüsusilə də xarici dillərdə və əcnəbi müəlliflərlə birgə yazılmalıdır. Bu sahədə diasporumuz, elm adamlarımız, aidiyyəti, müfaviq qurumlarımız, özəlliklə də beynəlxalq hüquqa və haqqa söykənən davamızda Azərbaycan və Türkiyə birgə səylərini daha da artırmalı və bizə dəstək olanlarla fəaliyyət göstərməlidir.

Sübhan Talıblı