Xəbərlər

Avstraliya XİN ölkəsinin ABŞ-a güzəştə getməyəcəyini bildirib

“Avstraliya tariflər məsələsində ABŞ-a güzəştə getməyəcək və ya biotəhlükəsizlik qanunlarından geri çəkilməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Penni Vonq məlumat verib.

O bildirib ki, daha yüksək ticarət tariflərinin tətbiqi Kanberranı milli biotəhlükəsizlik siyasəti ilə bağlı məsələlərdə güzəştə getməyə məcbur etməyəcək.

“Biz ABŞ nümayəndələrinin tələb etdiyi bioloji təhdidlərdən qorunma sistemindən imtina etməyə hazır deyilik”, – nazir bildirib.