Xəbərlər

Azərbaycan Avropaya enerji tədarükündə strateji rolunu gücləndirir

Ötən il Rumıniyaya idxal edilən xam neftin 60 faizdən çoxu Mərkəzi Asiya, xüsusilə, Xəzər dənizi regionundan tədarük olunub.

“Füyuzat“ xəbər verir ki, bu barədə Rumıniyanın “Financial Intelligence” analitik nəşrində dərc edilən məqalədə bildirilib.

Qeyd olunub ki, idxal olunan xam neft əsasən Qara dəniz sahilində yerləşən “Petromidia” neft emalı zavodunda emal edilir. Bu müəssisə regionun ən böyük neft emalı komplekslərindən biri hesab olunur və Rumıniyanın enerji sektorunda mühüm rol oynayır.

Analitiklərin fikrincə, Xəzər regionundan Avropaya enerji resurslarının nəqlində Cənubi Qafqaz və Qara dəniz marşrutları getdikcə daha böyük əhəmiyyət qazanır. Bu kontekstdə Azərbaycan xüsusi strateji rol oynayır. Xəzər hövzəsində yerləşən enerji və nəqliyyat dəhlizləri Mərkəzi Asiya enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradır.