Xəbərlər

Bakıda Üzeyir Hacıbəyli və litvalı bəstəkarın şərəfinə konsert keçiriləcək

Bakıda oktyabrın 10-da Litva səfirliyinin təşkilatçılığı ilə iki görkəmli bəstəkarın – Üzeyir Hacıbəylinin və Mikaloyus Konstantinas Çyurlyonisin əsərlərinin səsləndiriləcəyi konsert keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, bununla bağlı Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus bildirib.

Verilən məlumata əsasən, konsert litvalı dirijor Vilmantas Kalyunasın rəhbərliyi altında Azərbaycan Filarmoniya Orkestrının ifasında keçiriləcək.