Bir gün görsəm ki, gəlmisən,
Bir göyərçin kimi yorğun uzaqlardan, yar.
Gözlərində bir bitməz, bir tükənməz gözəllik,
Saçlarında ilk bahar.
Bir gün görsəm ki, gəlmisən,
Gülüşündə tazə, sərin bir rüzgar.
Əllərin həmişəki qədər gözəl,
Çiçək açmış toxunduğun bütün qapılar.
Bir gün görsəm ki, gəlmisən,
Həsrətin içimdə sonsuzluq qədər.
Heyrətdə qalmışam birdən-birə çarəsiz,
Tökülmüş ürəyimə göy üzündən ulduzlar.
Bir gün görsəm ki, gəlmisən,
Nə üzündə bir kölgə, nə dilində sitəm var.
Tozlu çarıqlarını gözlərimə sürmüşəm,
Mənim olmuş dünyalar…