“İsrail tədricən Avropadakı mövqelərini itirməyə başlayıb. Getdikcə daha çox dövlət Fələstini tanıyacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl bildirib.
“İsrail Avropa və hətta ABŞ-la münasibətlərini itirməyə başlayıb. Biz əminik ki, Avropa ölkələri, Avstraliya və Kanada Fələstini tanımağa başlayacaqlar, çünki onlar həqiqətən baş verənləri görürlər. İsrail bütün cəbhələrdə itirir”, – səfir əlavə edib.



