Bilavasitə qarşıdurmaların başladığı 13 iyundan bəri İsrailin İrana endirdiyi zərbələr nəticəsində azı 58 qadın və uşaq ölüb, 222 nəfər isə yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikası hökumətinin nümayəndəsi Fatimə Mohacerani məlumat verib.
“Bu günə qədər 58 qadın və uşaq ölüb, 222-yə yaxın insan isə yaralanıb”, – o qeyd edib.