“Qəzza zolağında saxlanılan girovların qohumları və onların 1000-ə yaxın tərəfdarı Beyt Şemeş yaxınlığındakı Şoreş qovşağından 1-ci şosse ilə Yerusəlimə doğru piyada hərəkət etməyə başlayıblar”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kan radiosu məlumat yayıb.
Yürüş iyulun 10-da Təl-Əvivdə başlayıb. Etirazçılar iyulun 13-də axşam Təl-Əvivdə Müdafiə Nazirliyi və İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki ofisinin önündə toplaşacaq.
İştirakçılar İsrail Nazirlər Kabinetindən Qəzza zolağında hərbi əməliyyatı dayandırmağı və HƏMAS hərəkatı ilə girovların azad edilməsinə dair razılıq əldə etməyi tələb edirlər.