“İsveç hökuməti Ukraynaya görə Amerika silahlarının alınması üçün 275 milyon dollar dəyərində vəsait ayıracaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsveçin müdafiə naziri Poul Conson mətbuat konfransında bildirib.
“Norveç, İsveç və Danimarka NATO-nun Ukraynaya silah tədarükü təşəbbüsü üçün vəsait ayırmağa qərar verib. Bu təşəbbüs NATO tərəfindən koordinasiya edilir. Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün İsveçdən dərhal yardım veriləcək. Vəsait gələn aydan etibarən Ukraynaya silah tədarükünə sərf olunacaq. Bu, Ukraynanın müdafiə qabiliyyəti üçün çox vacibdir və transatlantik əməkdaşlığın gücləndirilməsi üçün də strateji əhəmiyyət daşıyır”, – o əlavə edib.



