Misirin dövlət hava yolu şirkəti “EgyptAir” regionda vəziyyətin pisləşməsi fonunda İraq, İordaniya və Livanın paytaxtlarına uçuşları ləğv edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Misir Mülki Aviasiya Nazirliyi məlumat yayıb.
“EgyptAir” Yaxın Şərqdə baş verən hadisələr və müvafiq olaraq İraq, İordaniya və Livanın hava məkanının bağlanması fonunda Bağdad, Əmman və Beyruta uçuşları ləğv edib. İsrailin İrana zərbəsi və gözlənilən cavab zərbələri fonunda marşrutunu dəyişmək məcburiyyətində qalacaq bütün təyyarələri yerləşdirmək üçün Misirin bütün hava limanları hazırda yüksək xəbərdarlıq rejimində işləyir. Qahirə Beynəlxalq Hava Limanı uçuş marşrutunu dəyişmək məcburiyyətində qalan ən azı 9 təyyarəni artıq yanacaqla təmin edib”, – məlumatda bildirilib.