Xəbərlər

Nyu-Yorkda Fələstinə dəstək aksiyası keçirilib

\Nyu-Yorkda minlərlə insan Fələstinə dəstək aksiyası keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Vaşinqton meydanına toplaşanlar Fələstin xalqına dəstək şüarları səsləndirib və Qəzza zolağında münaqişənin dayandırılmasını tələb ediblər.

Qeyd edilib ki, onların plakatlarında “Azad Fələstin”, “Qəzzada atəşkəs” kimi sözlər yazılıb.