“İraqın Süleymaniyyə əyalətində PKK terror qruplaşmasının birinci qrupunun tərksilah edilməsi prosesinə başlanılıb və faktiki mərasimə hazırlıq tamamlanır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalının müxbiri canlı yayımda məlumat verib.
Telekanal qeyd edib ki, mediaya açıq olması nəzərdə tutulan mərasimin özü Süleymaniyyə vilayətinin Raparin bölgəsində baş tutacaq.
Tərksilah olunan ilk PKK qruplaşmasının tərkibində bəzi liderlərin olduğu da bildirilib.