“Birləşmiş Ştatlar artıq Ukraynaya birbaşa silah tədarük etmir, lakin onu NATO vasitəsilə Avropa ölkələrindən ödəniş qarşılığında satır”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.
“Biz artıq Ukraynaya nə silah, nə də pul veririk. İndi biz onlara silah satırıq və Avropa ölkələri onların pulunu NATO vasitəsilə ödəyir”, – o əlavə edib.



