Xəbərlər

Rusiya yenidən SOCAR-ın Odessadakı obyektlərinə zərbə endirib

“Geran-2” pilotsuz uçuş aparatları (PUA) Azərbaycanın SOCAR şirkətinin Odessadakı obyektlərinə növbəti dəfə zərbə endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə UNN (Ukrayna Milli Xəbərləri) agentliyin məlumat yayıb.

Nəşr qeyd edir ki, şəhərin meri Gennadi Truxanov məlumatı təsdiqləyib.

Müxtəlif istiqamətlərdən Odessaya doğru 30-a qədər PUA atılıb.

Məlumatı həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndələri də təsdiqləyiblər.