Bəhruz Əliyev Təhlil Xəbərlər


Süni intellektin həyatımızda rolu: müsbət
və mənfi cəhətlər

Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə süni intellekt (Sİ) artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnformasiya əldə etmə, mətn yaratma, ünsiyyət qurma, hətta gündəlik qərarvermə proseslərində belə Sİ-nin
rolu getdikcə artır. “ChatGPT” kimi dil modelləri bu transformasiyanın ən real nümunələrindən biridir – onlar bilik paylaşımını daha əlçatan edib. Bununla belə, süni intellektin həyatımıza gətirdiyi yeniliklər qədər, müəyyən etik, sosial və psixoloji risklər də mövcuddur. Bu səbəbdən Sİ-dən düzgün və balanslı şəkildə istifadə etmək, onu insan təfəkkürünün əvəzləyicisi deyil, tamamlayıcısı kimi görmək vacibdir.

“ChatGPT” və ümumilikdə süni intellektin həyatımızda rolu, müsbət və mənfi cəhətləri nələrdir?

Bu suala dolğun cavab almaq üçün “Füyuzat” mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyevin fikirlərini öyrənib. O mövzunu belə qruplaşdırıb:

Müsbət cəhətlər:

  • Süni intellekt (Sİ) alqoritmləri, dil modelləri və avtomatlaşdırılmış sistemlər həyatımızı bir çox sahədə asanlaşdırır. Məsələn: bilik əldə etmə, mətn hazırlama, tərcümə, və s. kimi.
  • Təhsil və əlçatanlıq baxımından müsbətdir:
    Sİ yardımı ilə xüsusi ehtiyacları olan istifadəçilər üçün yeni imkanlar yaranır.
  • İşgüzar mühitdə məhsuldarlığı artıra bilər, insanların rutin, monoton vəzifələrindən azad olmasına kömək edə bilər və s.

Mənfi cəhətlər:

  • Sİ sistemləri emosional zəka və insan təfəkkür kimi sahələrdə hələ tam insan səviyyəsində deyil. İstifadəçinin “hə” demək üçün Sİ-yə söykənməsi, özünün müstəqil düşünməsinin azalmasına yol aça bilər.
  • Ədalət, gizlilik, ayrı-seçkilik və etik məsələlərlə bağlı olaraq, Sİ modelləri qeyri-şüurlu şəkildə diskriminativ nəticələr verə bilər.
  • Bəzi vəzifələr avtomatlaşdırıla bilər, bu da sosial və iqtisadi təsirlərə səbəb ola bilər.

Belə bir dövrdəyik ki, “ChatGPT ilə dost olmaq” termini metaforik olaraq çox istifadə olunur.

Bu, yeni bir kommunikasiya mədəniyyəti yaradır. Lakin buradakı mühüm məsələ istifadəçinin Sİ-yə olan asılılığının olmaması, onun müstəqil düşünmə və yaradıcı bacarıqlarını zəiflətməməsi üçün balansı qorumasıdır.