Baş redaktordan Füyuzat 125 Mübariz Yunus

Baş redaktordan

Özümüzü tanımaq… Öz millətimizi!

Ruhumuzun dərinliyindəki xəzinələri tapmaq, həqiqəti, inancımızın mayasına qatılmış yurd, vətən sevgisini tanımaq…

Hər millət öz bacarığı, mədəni inkişafı və tərəqqisi ölçüsündə özünü tanıdır, qəbul etdirir və buna uyğun yaşamına davam edir. Millətin yaşamını təmin edən təməllərdən biri, heç şübhəsiz, fərdlərin bir-birinə bağlılığıdır ki, bu da maddi bağdan daha çox mənəvi bağla mümkündür.

Bu mənəvi bağ – millətin maddi, mədəni, mənəvi incilərinin xəzinəsidir.

Bu mənəvi bağ – millət ruhunu bir-birinə pərçimləyən yaddaş lövhələridir.

Unutmaq…

Hər şeyi keçmişə gömməkdir. Özündən uzaqlaşmaq, kökünə biganəlikdir. Böyük türk şairi N.F.Qısakürəkin dediyi kimi: “Kökünü bəyənməyən budaqlar budaq olmadan quruyar. Budağını bəyənməyən meyvələr meyvə olmadan çürüyər”.

Qəsdən unutmaq – dəyər verməməkdir, dəyərsizləşdirməkdir. Qəsdən unutmaq – inkar etməkdir; özünüinkardır, yaradılışını, tarixini, əcdadını danmaqdır!

Əksi – diqqət göstərib etina ilə yanaşmaq, dəyərləri bu günə daşıyıb təzələməkdir. Tanımanın yolu bilməkdən, öyrənməkdən, yaddaşı təzələməkdən keçir…

Bir nəzər salaq keçmişə…

Təzələyək xatirələrimizi, yaddaşımızı qoymayaq yadlaşmağa, uzaqlaşmağa… Çox da uzaq keçmişə yox, yaxın keçmişə qayıdaq… 104 il öncəyə üz tutaq…

Davamı…