Arzu Həsənzadə Füyuzat 135

XX əsrin əvvələrində erməni yalanlarına qarşı informasiya müharibəsi – Əli bəy Hüseynzadə təcrübəsində

İnformasiya müharibəsində üstünlük əldə etmək həm də milli təhlükəsizliyi təmin etməkdir. Müasir texnoloji vasitələrin mövcud olmadığı zamanlarda da informasiya silahından o dövrün şərtlərinə və imkanlarına görə istifadə olunub. Odur ki “Füyuzat” dərgisinin baş mühərriri Əli bəy Hüseynzadə reallıqların ictimaiyyətə çatdırılması işində medianın rolundan istifadə edərək məqsədyönlü iş aparıb. Təbliğat və kommunikasiya hərbi strategiyanın bir hissəsi olduğu kimi, media da Əli bəyin fəaliyyətində bu yöndən əhəmiyyətli idi. Belə desək, yanılmarıq ki, dahi mütəfəkkir öz dövründə yazdığı və söylədikləri ilə informasiya müharibəsinin sərkərdəsinə çevrilmişdi. Millətini müdafiə etməyi öz qələm borcu bilən millətcanlı şəxsiyyət medianı cəng meydanı kimi görürdü. Buna görə də o, “Füyuzat” dərgisinin birinci sayındakı “Həyat və meyli-Füyuzat” məqaləsində “Həyat” qəzetinin birinci nömrəsindəki yazısına istinadən belə deyirdi: “…Dünya və həyat bir meydani-cəngdir. Bütün zihəyat daima yekdigərləri ilə rəqabət və mühiti-təbiiyyələri ilə mübarizədə bulunuyor. İştə qəzetəmizin əsl vəzifəsi bu cəhətdədir”.

Onun yazılarını təhlil edərkən çox dəqiq işlənmiş informasiyalarla qarşı tərəfə adekvat cavablar verərək onu bir neçə cəbhədən əhatə edib zərərsizləşdirdiyini müşahidə edə bilərik. Elə bu səbəbdən redaktoru olduğu “Həyat” qəzetinin, “Füyuzat” dərgisinin nəşrinə qarşı təzyiq və təhdidlər artmış, senzuranın ağır şərtləri ilə üz-üzə qalmışdır. Yazılarının təkcə Qafqazda yox, İranda, Türkiyədə və Volqaboyu ərazilərdə geniş yayılması və oxunması çatdırdığı informasiyanın doğruluğu ilə bağlı idi. Buna görə də həqiqətlərin gün üzünə çıxması yolunda gecə-gündüz çalışan dahi şəxsiyyətin apardığı məqsədyönlü ideoloji işlərə qarşı ermənilər tərəfindən ciddi əngəllər yaradılmağa çalışılırdı. Əli bəy “Erməni vətəndaşlarımıza tövsiyə və ixtaratımız” adlı yazısında belə deyirdi…

Davam…