“Füyuzat”ın “kulis.az” saytına istinadən məlumatına əsasən, sizlərə yazıçıların qəribə vərdişlərini təqdim edirik.
Con Steynbek
Steynbek qələm həvəskarı imiş. Yazı yazmağa başlayanda yanına düz 24 qələm qoyurmuş. Yazıçı məşhur “Blackwing” qələmlərini çox sevirmiş. “Mongol 480” qələmlərindən də xoşu gəlirmiş. Steynbekin “Cənnətin doğuşu”nu yazarkən 300, “Qəzəb salxımları”ni yazarkən isə 60 qələm işlətdiyini deyirlər.
Ceyn Ostin
Ostin romanlarını lələk və mürəkkəblə yazırmış. Onun mürəkkəbinin tərkibi isə bu cürdür: “8 yemək qaşığı qallium turşusu, 4 qaşıq dəmir sulfat, 3 qaşıq qatran, və yarım litr boyat pivə. Bunlar qarışdırılır. İçinə də bir az şəkər qatılır. 14 gün müddətində bacanın yanında saxlamaq və hər gün iki dəfə möhkəmcə qarışdırmaq lazımdı”.
Frans Kafka
Frans Kafkanın süd asılılığı vardı. Südsüz o nəinki yaza, heç yaşaya bilmirdi.
Şarlotta Bronte
Roman yazarkən hər bir səhifədən bir gedib kartof təmizləyirmiş sonra yenidən əyləşib romana davam edirmiş.
Uolt Uitman
İstiridyə və ət yeməsə yaza bilmirdi.
Əziz Nesin
O, yazanda otağın qapı-pəncərəsini bərk-bərk bağlayır, masanın üstünə isə skelet qoyurdu.
Edgar Po
Əsər yazmamışdan öncə saatlarla oturub yemədən içmədən ağ kağıza tamaşa edirmiş.
Lafonten
Yazmamışdan öncə ilhamlandığını heçkəsdən gizlətmirmiş, küçədə ətrafdakı insanları nəzərə almadan yazdığı heyvanların səslərini çıxarır, cümlələri xüsusi intonasiya ilə küçədə yüksəkdən söyləyirmiş.
Bernard Şou
Bir şey yazmamışdan öncə rezin botinkalar və qara axıracan düymələnmiş plaş geyinər, başına isə şlyapa taxaraq gedib bazarın bir küncündə otururmuş. Bazarda insan çox olduğundan əsər yazmaq onun üçün daha da asan olurmuş.
Alexander Duma (ata)
Əsərlərini xüsusi dördkünc kağızlarda yazırmış. Əgər kağız bitərdisə, yazısını dərhal yarımçıq saxlayarmış.
Amper
Bir gün evdən çıxarkən ağaca təbaşir ilə yazmışdır: “Amper axşam olacaq evdə” . O özü işdən biraz tez qayıtdığı üçün yazını oxuyub təzədən işə getmişdir. Çünki son zamanlar o hətta özünün Amper olduğunu belə unudurmuş.
İtalyan filosofu Kardano
Elə zənn edirmiş ki, bütün dövlət rəhbərliyi onu təqib edir. Hətta yeməkdən belə imtina etmişdir. O fikirləşirdi ki, onun yediyi yeməyin içinə zəhərli kimyəvi maddələr qataraq onu öldürmək istəyirlər.
Motsart
O, maniyadan əziyyət çəkirdi. Motsart düşünür ki, bütün İtaliya əhalisi onu izləyir. Ona görə o evdən çölə çıxmırmış.
İbsen
Sərxoş olarkən hərşəyi cırıb-atırmış. Hətta özünün illərlə zamanını sərf etdiyi yazıları da bir günün içərisində məhv edirmiş. Ayılandan sonra isə ağlayaraq yenidən yazmağa başlayırmış.
Şiller
Yalnız stolun üstündə çürümüş və qurdlu alma görərəkən ilhamlanaraq əsər yazırmış.
Myusse
Öz şerlərini iki nəfərlik şamlar düzülmüş stolda romantik abu havada yazırmış. O iki nəfərlik masada təzahüründə olan xanımı fikirləşərək ona şeirlər həsr edirmiş. Əslində isə həyatda belə bir şəxs yox idi.
Flober
Əsər yazarkən qəhrəmanların şəkillərini qarşısına qoyaraq onlarla danışır, ağlayır və gülürmüş. Daha sonra əsgər kimi addımlayaraq öz əsərlərinə ad fikirləşirmiş. Həm də yumurtalı, göylü, pendirli və meyvəli səhər yeməyi yeyir, üstündən bir fincan soyuq şokolad yağı içərmiş.
Vladimir Nobokov
Nobokov romanlarının qaralamasını yazarkən həmişə “Eberhard Faber Blackwing 602” qələmindən istifadə edərmiş.
Ernest Heminquey
Heminquey yazı yazmağa başlayan zaman qələm, kağız və maşınka arasında seçim etməkdə çətinlik çəkən yazıçılardan olub. Yazıçı maşınkanı seçmə səbəbini bu cür izah edib: “Yazı yazmağa başlayanda sən həddindən artıq həvəsli olursan, ancaq bu istək oxucuya təsir etməyə də bilər. Yəni belə zamanlar üçün maşınkadan istifadə etmək daha faydalıdır, çünki istifadəsi daha asandır və daha əyləncəlidir. Maşınkayla yazmağı öyrənəndə ifadə etmək istədiyin hər duyğunu, detalı, fikri, məkanı oxucuya çatdıra bilərsən. Bunu edə bilmək üçün yazdıqlarının üstündən də keçməyin lazımdır. Əgər qələmlə yazırsansa oxucunun yönələ biləcəyi üç fərqli baxış bucağını hesaba ala bilərsən. Yazdıqlarına təzədən nəzər yetirərsən, maşınkada bunu etdiyində səhvlərini görmə şansın daha yüksəkdir, qələm-kağızla məşğul olduğun zaman isə bu şans azalır.”
Heminqueyin Paris xatirələrini oxuyanda isə başqa fikirlərə rast gəlirik:
“Mavi üzlü dəftər, iki karandaş və bir də karandaş yonan (cib bıçağı karandaşın tez bitməsinə səbəb olur), mərmər stollar, südlü qəhvə qoxusu, səhərlər yeni təmizlənmiş yerlərin qoxusu və şans – bütün ehtiyacım bunlardır.”
Cek Keruak
Cek Keruak qeydlərini bloknota və ya qeyd dəftərlərinə yazırmış. Bu dəftərləri ədəbiyyatla bağlı müxtəlif qeydlər yazmaq üçün istifadə edən yazıçı gəncliyindən bunlara özünün uydurduğu və oynadığı xəyali idman müsabiqələrinin nəticələrini də qeyd edirmiş.
Nil Qeyman
Nil Qeyman yazılarını avtomat qələmlə yazır. Qeyman 2012-ci ildə verdiyi bir müsahibəsində bunları deyib: “Avtomat qələmdən istifadə etməyə 1994-cü ildə “Ulduz tozu”nu yazarkən başlamışam. 1920-ci illərdə hansı üsulla yazırdılarsa, o cür yazmaq istədim. Böyük bir dəftər ilə “Waterman” markalı bir qələm aldım.
13 yaşımdan bəri ilk dəfə avtomat qələm istifadə edəcəkdim. Yavaş-yavaş yazmaq xoşuma gəldi. Beləcə cümlələr üstündə daha çox düşünə bilirdim. Əl yazısı ilə yazanda, ikinci dəfə təkrar yazmağa məcbur olursan. Bu xoşuma gəldi. Ora-burasını silib düzəltmək olmur. Qələmi mürəkkəblə doldurmaq da xoşuma gəlmişdi”.
Yazıçı 60-a yaxın avtomat qələminin olduğunu, yazarkən və imza günlərində də kitablarını bu qələmlə imzaladığını deyir: “Mürəkkəbin rənglərini dəyişməyi sevirəm, bu mənə həm də hər gün nə qədər səhifə yazdığımı da bilməyə imkan verir”.
Qeymanın “TWSBI 540”, “Visconti”, “Pilot Custom 823 Amber”, “Delta Fluida” və “Lepine Indigo Classic” kimi avtomat qələmləri var.
Simon de Buvuar
Simon de Buvuar da avtomat qələmlə yazırmış. İşlətdiyi markalar isə bunlardır: “Sheaffer Snorkel Triumph”, “Sheaffer’s Snorkel” və “Esterbrook”.
Mark Tven
Tven revmatizm xəstəsi olduğuna görə yazı yazmağa çətinlik çəkirmiş. Ona görə adətən kiməsə hekayələrini diqtə edirmiş.
Truman Kapot
Kapot belə yazır: “Başlanğıcda maşınka istifadə etmirəm. Əvvəlcə qələm-kağız işlədirəm, bir dəfə də qələmlə düzəlişlərimi edirəm. Üçüncü mərhələdə isə sarı vərəqdən istifadə edərək maşınkada yazıram. Bunu edəndə heç yatağımdan çıxmıram. Maşınkanı dizlərimin üstünə qoyur və dəqiqədə 100 söz yaza bilirəm”.
Artur Konan Doyl
“Şerlok Holms”un yaradıcısı Doyl bir çox kitabını “Parker Duofold” qələmilə yazıb.
Aqata Kristi
Sirlərlə dolu romanların yaradıcısı Kristi “Remington Home Portable Number 2” maşınkası ilə işləməyi sevirmiş.
Marsel Prust
Zehnini bir fincan qəhvə ilə açardı.
Corc Bayron
Kökəlməmək üçün içdiyi suya sirkə qatırdı.
Mayakovski
Küçəylə gedə-gedə addım səslərindən yazacağı şeirin ritmlərini tuturdu.
Murakami
Roman işlərkən səhər saat 4-də yuxudan qalxır və dayanmadan 5–6 saat yazır.
Stevan King
Əvvəl bir vitamin içir, sonra musiqiyə səs verib konsentrasiya olurdu.
Səməd Vurğun
Kostyum geyinib, qalstuk taxıb, rəsmi geyimdə işləyirdi.
Süleyman Rəhimov
Kasayla dovğa içə-içə yazırdı.
Vaqif Cəbrayılzadə
Tamamlaya bilmədiyi şeirlərin havasına girmək üçün biri-birinin əksinə gedən iki qatarın arasında dayanırdı.



