…Mənim nağıllarım başqa cürəydi
İçində
Yaz otu,
Çöl iyi vardı
Sadə adamların hekayətləri
Sadə adamların ürəyi vardı…
Bir budaq sınanda anamın əli,
Sehirli olurdu,
Sirli olurdu
Ölümdən, məzardan qorxmayım deyə
Mənim nağıllarım diri olurdu…
Bir çoban,
Bir qoca,
Bir də bir ağac.
Mağara,
Dağ çayı,
Arı pətəyi.
Davadan qayıdıb ölən bir ata,
Bir də bir zülmkar əmi varıydı.
Ağır illərinin əhvalatları
Anamın qorxulu nağıllarıydı…
…Nağıla inanan vaxtı deyildi,
42 yaşında
Bir qış gecəsi
Yorğun saçlarında dən doğulmuşdum.
Bir uzun nağılın sonu çatmışdı,
Alma düşməliydi
Mən doğulmuşdum…
Sonra
Nağlların məndən əvvəli
Məndən sonrasına qarışdı getdi.
Anam
Bir yaz günü
Son nağılını
Son nağıl dadında
Danışdı getdi…
Mənim nağıllarım başqa cürəydi…



