Xəbərlər

Ankarada “Mehmet İzzet Hattatı anlamaq” mövzusunda panel təşkil edilib

Türk dünyasının milli fikir tarixinin bilinən isimlərindən, türkmən elinin milli şairi Mehmet İzzet Hattatın doğumunun 95, vəfatının 33-cü ilində onun xatirəsini yad etmək üçün Türkiyənin paytaxtı Ankarada “Mehmet İzzet Hattatı anlamaq” mövzusunda panel təşkil edilib.

“Füyuzat”ın məlumatına görə, Türkməneli Dayanışma Dərnəyinin təşkil etdiyi paneldə Hattatın ədəbi fəaliyyəti və türkmən davasına olan bağlılığından danışılıb.

Böyük dava adamı Mehmet İzzet Hattatın oğlu Yurdum Hattat da paneldə iştirak edib. O, tədbir barədə deyib:

“Mehmet İzzet Hattatın oğlu olmaq qürurvericidir. İnşallah bu kimi tədbirlər sadəcə Mehmet İzzet Hattat üçün yox, bütün dəyərli böyüklərimiz üçün təşkil edilər. O, zamanında çoz gözəl bir millətə, çox gözəl xidmət edib. Ruhu şad olsun. Ümid edirəm ki, bütün şəhidlərimizin də ruhu şaddır”.