Xəbərlər

Baqiri: İran elektron mübarizəyə hazırdır

“Ölkəmiz elektron mübarizəyə tam hazır vəziyyətdədir”.

“Füyuzat”ın məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-mayor Məhəmməd Baqiri deyib.

“İran Ordusu Quru Qoşunlarının bu yaxınlarda keçirilən təlimdə iştirak edən bölmələri süni intellekt və robot elmlərindən tam şəkildə yararlanmağa müvəffəq olub. Ordu qüvvələri təlimlərdə robotlaşdırılmış əməliyyatlar həyata keçirib, hədəfləri partlatmaq üçün hücum və müdafiə xarakterli mikro hava vasitələri ilə uçuşlar həyata keçirib”, – Baqiri qeyd edib.