“Qırmızı dənizə yerləşdirilən hərbi gəmilərin saxlanması, İran və Yəmənin Husilər hərəkatının hücumlarını dəf etmək üçün istifadə edilən raketlərin sayının artırılması üçün Pentaqona təxminən 1,2 milyard dollar vəsait lazımdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” büdcə sənədlərinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, 300 milyon dollar ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Bataan” amfibiya hücum gəmisinin və Qırmızı dənizdə əməliyyatlar aparan “Eisenhower” gəmisinin zərbə qrupunun plandankənar texniki xidmətinə xərclənəcək.
Bundan əlavə, ABŞ Müdafiə Nazirliyi əlavə “SM-6” ballistik raketlərinin alınması üçün 276 milyon dollar və “Tomahawk” qanadlı raketlərinin alınmasına isə 57,3 milyon dollar vəsait xərcləyəcək.