Çinin xarici işlər naziri Vanq Yi BMT Baş Assambleyasının 79-cu sessiyasının qarşıdan gələn tədbirləri zamanı Ukraynadakı böhranı və Fələstin-İsrail münaqişəsini ətraflı müzakirə etməyi planlaşdırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Yoldaş Vanq Yi Ukrayna böhranı və Qəzza zolağındakı toqquşmalar da daxil olmaqla, xüsusilə aktual regional məsələlərlə bağlı bütün müvafiq tərəflərlə fikir mübadiləsi aparacaq”, – Çin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.