Xəbərlər

Diplomat: Rusiyanın cənub Kuril adaları üzərində suverenliyi danılmazdır

“Cənubi Kuril adaları II Dünya müharibəsinin nəticələrinə əsasən, beynəlxalq hüquq çərçivəsində Rusiyanın ayrılmaz hissəsidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

O qeyd edib ki, Cənubi Kuril adaları üzərində Rusiyanın suverenliyi danılmazdır.

“Rusiyanın adalar üzərində suverenliyi nəinki danılmazdır, həm də müzakirə mövzusu deyil. Heç bir hesabat və kitab bunu dəyişə bilməz”, – Zaxarova əlavə edib.

Bundan əvvəl, Yaponiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Cənubi Kuril adaları Rusiya tərəfindən “qanunsuz işğal” edilib.