Firdovsiyyə Əhmədova Füyuzat 135

M.Ə.Rəsulzadə – Milli məfkurəmizin mücahidi

Azǝrbaycan milli hǝrǝkatının ideoloji, nǝzǝri mərhələsi milli mǝfkurǝnin formalaşması uğrunda aparılan siyasi maarifçilik prosesindən keçmişdir. Milli hǝrǝkata “millǝt” anlayışının dǝyǝrlǝndirilmǝsindǝn keçǝn mǝrhǝlǝdǝ Məhəmməd Əmin Rǝsulzadǝ Azǝrbaycan kimliyini açıqlayan mǝqalǝlǝri ilǝ bu hǝrǝkatın mǝqsǝdyönlüyünün mühüm şǝrtlǝrini göstǝrmişdir. Azǝrbaycana qayıdandan sonra “Diriliklǝrin ǝn qiymǝtlisi dǝ milli dirilikdir” deyǝrǝk bu mövzuda silsilǝ mǝqalǝlǝr yazmışdır. Onun I Dünya müharibǝsinin yenicǝ başladığı günlǝrdǝ yazdığı 7 hissǝdǝn ibarǝt mǝqalǝsi ideoloji, nǝzǝri vǝ ǝmǝli ǝhǝmiyyǝtǝ malikdir. Hǝlǝ 1914-cü ilin oktyabr ayının başlanğıcında yazırdı: “Milli istiqlal, ǝlǝlxüsus millǝtlǝrǝ xüsusiyyǝtlǝrinin mühafizǝsini tǝmin edǝn istiqlal daima bǝşǝriyyǝtǝ saheyi-mǝdǝniyyǝtdǝ yeni vǝ ǝsli bir taqım ibdalar, ixtiralar nǝvidindǝdir ki, mǝdǝniyyǝti-bǝşǝriyyǝ dediyimiz şey dǝ bu bǝdaǝt vǝ ixtiraların mǝcmuindǝn ibarǝt bir yekundur”.

Azǝrbaycan Cumhuriyyǝti qurulmazdan 4 il ǝvvǝl cǝmiyyǝtǝ “millǝt” kǝlmǝsinin mǝnasını açıqlayan, milli vicdan, milli ideal, milli dil, milli tarix və milli mǝdǝniyyǝtdǝn bǝhs edǝn Rǝsulzadǝ milli hǝrǝkatın ideoloji zǝminini hazırlayırdı. Hǝmçinin həmin dövrdǝ o, müstǝbid rejimi devrilǝnǝdǝk “Müsǝlman mǝtbuatı nümayǝndǝsi” kimi millǝt davasını aparırdı. Siyasi publisistikasında maarifçi mǝzmunlu tǝlǝblǝr aparıcı rol oynamırdı.

Rusiyada Fevral inqilabından 2 il ǝvvǝl yazdığı “Yǝhudi istiqlalı” məqaləsində “Millǝt ölmüyor. Milli ideal, milli istiqlal fikri daima yaşıyor” qǝnaǝti ilə “milli ruhun ölməz olduğu” mesajını verirdi. M.Ə.Rəsulzadə milli ruhu diriltmǝk üçün mǝtbuat imkanlarını sǝfǝrbǝr etmişdi. 1915-ci il oktyabrın 1-dǝ “Qurtuluş” mǝcmuǝsinin nǝşrini alqışlamış, bir gün sonra isǝ…

Davamı…