Əziz Əlibəyli Köşə Yazıları

Qərar vermək məsuliyyətinin ağırlığı

Qərar vermək həyatın hər anında qarşılaşdığımız fundamental bir prosesdir. Bu proses bizi şəxsi və peşəkar həyatda irəli aparır, inkişaf etdirir və bizi biz edən əsas elementlərdən birinə çevrilir. Lakin qərar vermək yalnız bir seçimi ifadə etmək deyil, eyni zamanda bir məsuliyyəti də qəbul etməkdir. Qərar vermək aktının fəlsəfi və psixoloji aspektləri, tanınmış filosofların və psixoloqların fikirləri ilə yanaşı, maraqlı sosio-psixoloji faktlarla izah edilə bilər, lakin heç vaxt niyəsə kimsə bu praktiki təcrübəni, düşüncəsini paylaşmağa cəhd etmir. Bəs sona qədər mübarizə aparanların qərarları nə imiş?..

Filosoflar qədim zamanlardan bəri qərar vermək və məsuliyyət mövzusuna böyük maraq göstəriblər. Aristotel insanın ağıllı varlıq olaraq qərar vermək qabiliyyətinə sahib olduğunu vurğulamış və əxlaqi məsuliyyəti ön plana çəkmişdir. O, “Nikomax Etikası” əsərində, insanın öz əməllərinə görə məsuliyyət daşıdığını və hər bir seçimin müəyyən nəticə gətirdiyini qeyd etmişdir.

Jan-Pol Sartr isə qərar verməyi insanın varoluşunun əsas elementi olaraq görmüşdür. Onun “Existentialism and Humanism” əsərində yazdığı kimi, insan özü üçün qərar verir və bu qərarlar vasitəsilə öz varlığını yaratmış olur. Sartra görə, biz öz seçimlərimizdən qaça bilmərik və hər bir qərarımızın məsuliyyətini daşımalıyıq.
Fəlsəfənin belə mücərrəd mövzuda özünü “suda balıq kimi” hiss etməsi təbii olduğu üçün qiymətləndirməyə baş vurmuş və dilemmaları da həll edə bilmədən, gələcək nəsillərə ərməğan qoymuşdur.
Psixologiyada isə qərar vermək prosesi daha çox insan davranışı və beyin funksiyaları kontekstində incələnir. Daniel Kahneman və Amos Tversky kimi psixoloqlar qərar vermə prosesinin rasionallıqdan uzaq olduğunu göstərmişdilər. Onların tədqiqatları insanların qərar verərkən heuristiklərə və meyillərə bağlı olduğunu və bu səbəbdən səhvlərə meylli olduğunu göstərmişdir.

Məsələn, “Anchoring Effect” adlanan fenomenə görə, insanların ilk məlumat nöqtəsinə çox bağlı qalaraq sonrakı qərarlarında yanlışlıq etmələrinə səbəb olur. Bu, ticarət və iqtisadi qərarlar zamanı xüsusilə diqqətəlayiqdir.

Qərar vermək prosesi yalnız fərdi deyil, həm də sosio-psixoloji təsirlər altında formalaşır. Sosial mühit, ailə, dostlar və cəmiyyətin digər üzvləri qərarlarımızı böyük ölçüdə təsir edir. Bu baxımdan, “Groupthink” kimi fenomenlər sosial qərar vermə prosesində önəmli rol oynayır. İrving Janis tərəfindən araşdırılmış olan bu fenomen insanların qrup içində rasional düşüncələrdən uzaqlaşıb, qrupun ümumi fikrinə uyğun qərarlar verməsinə səbəb olur.

Bir digər maraqlı sosio-psixoloji fakt isə, “Bystander Effect”dir. Bu fenomen insanların kütlə içində fərdi məsuliyyətdən qaçma meylini izah edir. Məsələn, bir kəs yol kənarında köməyə ehtiyac duyanda ətrafda çox insan varsa, hər kəs digərlərinin kömək edəcəyini düşünərək hərəkətsiz qala bilər.

Qərar vermək fəlsəfəsi məntiqi, əxlaqi və varoluşsal aspektləri ilə insan həyatının kompleks və bir prosesini araşdırır. Deməli, bu proses, yalnız fərdi maraqlar və istəklərlə deyil, həm də əxlaqi dəyərlər və sosial təsirlərlə formalaşır. Qərar vermək insanın öz həyatını formalaşdıran və onu məsuliyyətli bir varlıq edən əsas fəaliyyətlərdən biridir. Bu fəlsəfi perspektivlər insanın daha şüurlu, ədalətli və məsuliyyətli qərarlar verməsinə kömək edir.

Qısaca, insanlığın təbii halından kənarda, yolunda getməyən fəaliyyət birbaşa ədalət anlayışının təsbitinə bağlıdır.

Ədalət tərəzidir, ölçüdür və təminatdır. Ölçüsü pozulan istənilən hərəkət müstəvisi xaosa doğru sürüklənir.