Xəbərlər

Si Cinpin: Çin və Rusiya BMT mərkəzli beynəlxalq sistemi müdafiə edəcək

“Pekin və Moskva BMT-nin əsas rol oynadığı beynəlxalq münasibətlər sistemini müdafiə edəcəklər”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə videokonfrans görüşü zamanı deyib.

“Biz rusiyalı həmkarlarımızla birlikdə BMT mərkəzli beynəlxalq sistemi dəstəkləyəcəyik, İkinci Dünya Müharibəsində milyonlarla insanın qanı və həyatı ilə qazanılmış qələbəni, həmçinin Çin və Rusiyanın hüquqlarını müdafiə edəcəyik”, – Cinpin əlavə edib.