Füyuzat 139 Həşim Səhrablı

Yeni dünyada iki Azərbaycan

Milli yaddaşın tarix, tarixin isə təkrarolunmaz olması fikrini irəli sürənlərdən fərqli olaraq deyə bilərik ki, yeni dünyada da əvvəlki düzənlər kimi milli yaddaşlar, o yaddaşlardan doğan imperiya tipli dövlətlər və dövlətçiliklər əsas olacaq.

Kim iddia, müdafiə və sübut edə bilər ki, ruslar Rusiya imperiyasının saxlanılması və inkişafından imtina edəcək, Rusiya imperiyasının, bugünkü adı ilə Federasiyanın tərkibindəki xalqlar azadlıq və suverenliklərinə qovuşacaqlar? Çeçenistan xalqının suverenlik və bağımsızlıq hərəkatını qan və amansızlıqla boğan rusları hərəkətə keçirən öz milli yaddaşlarından doğan “sərhədsiz Rusiya” deyildimi?

Yaxud Yaxın Şərqdəki bütün qarşıdurmalar, münaqişələr və bu qarşıdurmaların, münaqişələrin bütün tərəfləri milli yaddaşdan çıxış etmirmi?

İsrail dövlətini qurmaqla yetinməyən, “vəd edilmiş torpaqlar” üçün savaşan, həmçinin Suriya, Livan və Fələstində eyni anda paralel əməliyyatlar keçirən yəhudiləri hərəkətə gətirən onların 2-3 min illik tarixi yaddaşları deyilmi?

Yaxın Şərqin ən uzağında Yəməndəki Husilərin bu münaqişəyə qarışması, bütün “din qardaşı ölkələri” mübarizəyə səsləməsi və yəhudilərə qarşı cəbhəni genişləndirmək cəhdləri, farsların fransızlarla “gizli mehribanlığı” fonunda islamı istifadə etməklə anti-yəhudi, anti-xristian çağırışlar edib Yaxın Şərqi sadəcə farsların təsir dairəsinə çevirmək istəməsi milli yaddaşın təzahürü, Əhəməni Kirlərin və Sasanilərin davamı deyilmi?

“Dənizdən dənizə Ermənistan”, yaxud “Böyük Ermənistan” bağıra-bağıra xalqımıza əsrlərdir bəlalar və müsibətlər yaşadan, bu gün də eyni mənfur təfəkkürlə yaşayan erməniləri hərəkət etdirən milli yaddaşları deyilmi?

Hələ çinlilərin Tayvan siyasəti, Hindistana qarşı cəbhə alması, uyğurlara qarşı qəddar siyasi addımları və assimilyasiya siyasəti milli yaddaş deyilmi?

İngilislərin dünyanın hər yerindən, hər daşın altından çıxması və özlərini getdikləri hər yerdə tarixən olduğu kimi, bu gün də “ağa” görmələri milli yaddaş deyilmi? Fransızların səlibçi yürüşlərinə öncüllük etdikləri kimi, bu gün də səlibçi təfəkkürü ilə hərəkət etmələri milli yaddaş deyilmi?

Milli yaddaşdan çıxış etməyən ya dünyada əhəmiyyəti olmayanlardır, ya da artıq yox olanlar! Təkcə ABŞ bu nöqtədə istisna təşkil edir…

Davamı…