Füyuzat 128 Turan dünyası Turan Uğur

Mən – Oljas Süleymenov

Mən Ömərxan kişinin oğluyam. Atamı cəmi 4 gün görmüşəm, daha doğrusu, o məni 4 gün görüb. Hələ qıyıq gözlərimi aça bilmirdim, atamı necə görəcəkdim? Qıpçaq övladı olmağım, gözlərimin qıyıq olması ürkütməsin sizi, beləcə, sonralar uzağı daha yaxşı görəcəkdim. Uzaqgörən olmağım üçün arabir dönüb keçmişə baxmaqda fayda var. Axı keçmiş əsla keçməmiş, ulusum! Keçmişi olmayanlar, bir də adımızı vəhşi qoyub tariximizi eranın IV əsrinə aparan qondarma sovet akademikləri utansın.

Qazaxıstan çölləri, səhraları, dağ-daş, çöl-biyaban… Sonra ALMA-ATA, Əl-Fərabi adına Qazax Milli Universiteti… Təbiəti öyrənirəm, təbiətin dilini bilmək milyardların dilini bilməyə bərabərdir. Eşitmişəm ki, Hüqonun həyatını bir söz tamam-kamal dəyişibmiş: “le destin”, yəni “tale”. Bir söz də mənim həyatımı dəyişdi: “şumer”. Necə də doğmadır bu söz. Bunu yaşlı bir kişidən eşidəndə elə bil xəncər saplandı ürəyimə, sanki neştər dəlik-deşik elədi beynimdəki əndişələri, qovdu bütün şübhələri. Yerinə həqiqət gəldi – Şumer, türk həqiqəti.

Şumer – bu,  mədəniyyətdir. Bəs mən bu qosqoca mədəniyyəti çantama yığıb əsrlər boyu “koşşi”lik, “köçəri”lik edə bilərəmmi? Bilərəm!.. Haradan eşitmişdim bu “Koşşi” sözünü? Diplomqabağı elmi təcrübə zamanı Şimal-Şərqi Prikaspidə sinəsində “Şərəf nişanı” ordeni gəzdirən bir qocadan…

Geoloqluq edərkən Yerin inkişaf tarixini öyrənə-öyrənə gəlib çıxdım sözlərin quruluşuna, nitq hissələrinə, dilçiliyin hər bir sahəsinə… Nəticə olaraq da etimologiyaya meylim artdı. Tariximizin sözlərdə gizləndiyinə əminəm. Saxlancımız sözlərimizdir. Sözün dəyişməsi həm insanın, həm də xalqın dəyişməsindən xəbər verir. Şumerdə “ada”, türkdə “ata”; Şumerdə “tir” – “həyat”, türkdə “tiri, diri, diri olmaq, turu yaşamaq”; Şumerdə “Dinqir” – “Tanrı”, “göy”, bizdə “Tenqir, Teqri, Tanrı” və s.

40 nəfər professor və akademikə Şumer mədəniyyətinin varisi olduğumuzu söyləyəcəyəm. Ehh… daha nələr deyəcəyəm, nələr. 60 sözlə şumer və türk dillərinin ortaqlığını isbat edəndə mənə “bu, kifayət etməz” deyən qərəzli alimə: “Dənizin dadını  bilmək üçün  Sakit okeanı heç də dibinəcən içmək gərəkməz, küləyin uzaqlardan qovub gətirdiyi bircə damla şor su da kifayətdir”, – söyləyəcəyəm. Alimin bənizi solacaq, gətirdiyim dəlillər üzündəki cizgilərin avazımasına, əhval-ruhiyyəsinin öləziməsinə yetəcək.

Orxon-Yenisey yazıları, gil lövhədəki yazılar, şumer sözləri…

İkinci ali təhsilimi alıram. Moskvada “Ədəbiyyat İnstitutu”nda 1-ci kursda oxuyanda yazdığım kurs işi “İqor polku dastanında Şərq elementləri” idi. Həmin dastanın müəllifinin slavyan, yaxud türk olması mənim üçün önəmsizdir. Əsas odur ki, müəllif ikidilli olub, yazan ikidilli olubsa, deməli, oxuyan da ikidilli olub. Türkizmləri tapıb çıxarmaq lazım gəldi. Nasixlərin türk sözlərini sonrakı əsrlərdə necə dəyişdiyini, yerinə rus şimal dialektlərindən sözləri necə pərçim etdiyini üzə çıxaracağam.

Bu nədir? Bu nəyin əndişəsidir, nəyin qorxusudur? Zirzəmimdə şumerlərlə bağlı əlyazmalar nə üçün yağmalanıb, ahaa, narahat olanlar var? “Az i ya”nın ilk oxucusu şair Konstantin Simonovun məktubunu alıram. Yazısında mənə qarşı: “Necə bir müharibənin başlandığını indidən təxmin edirəm”, – deyir. Haqlı çıxır Konstantin Mixayloviç…

Davamı…