Xəbərlər

Çin Ukrayna məsələsində sülh mövqeyində qətidir

“Çinin Ukrayna məsələsində mövqeyi həmişə sülh və danışıqların təşviqi olub”.

“Füyuzat”ın məlumatına görə, bunu Avrasiya təhlükəsizliyi üzrə II Minsk Beynəlxalq Konfransında Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui deyib.

“Çin həmişə Ukrayna məsələsində obyektiv və ədalətli mövqe nümayiş etdirib, sülh və danışıqları təşviq etməkdə maraqlı olub”, – Li Hui bildirib.