Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında görüş olub.
“Füyuzat”ın məlumatına görə, görüşdə ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu, iki prezidentin ilk görüşüdür.
Rusiya tərəfdən danışıqlarda Baş nazirin müavini Aleksey Overçuk, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov, dövlət başçısının mətbuat katibi Dmitri Peskov və xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak edib.