Xəbərlər

İran XİN: ABŞ Ukrayna münaqişəsindən on milyardlarla dollar qazanıb

“ABŞ Ukrayna münaqişəsində istifadə üçün silah tədarük etməklə on milyardlarla dollar qazanıb”.

“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.

Onun fikrincə, Birləşmiş Ştatlar və Avropa ölkələri hərəkətləri ilə sübut ediblər ki, böhranı həll etməyə çalışmaq əvəzinə, həmişə “odun üstünə yağ tökürlər”: “Amerika hökumətinin rəsmi nümayəndələrinin açıqladığı statistika göstərir ki, 2022-2023-cü illərdə ABŞ silah satışından 80 milyard dollar qazanıb və onlar avropalı müttəfiqlərə 50 milyard dollar dəyərində silah satıblar”.

Bundan əvvəl İran prezidenti İbrahim Rəisi demişdi ki, Qərb ölkələrinin Kiyevdəki hakimiyyətə silah tədarükü Ukrayna böhranını uzadır. O, həmçinin Birləşmiş Ştatlara “döyüş əməliyyatlarını dayandırmağı” tövsiyə edib.