Xəbərlər

Qəzzada ölənlərin sayı 41 minə çatır

İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücum etdiyi Qəzzada ölənlərin sayı 40 min 786-a, yaralananların sayı isə 94 min 224-ə yüksəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrailin Qəzza zolağında son 24 saatda həyata keçirdiyi 3 hücumda 48 nəfər ölüb, 70 nəfər isə yaralanıb.