Elmin Nuri Füyuzat 136

Milli şüurun təhsil modeli

Yeni təhsil modeli, onun sürətlənmiş ritmləri hər zaman özü ilə bərabər yeni cəmiyyətlər yaradır. Gənc nəslin özünəməxsus düşüncə tərzinin, həyata yanaşma formasının bünövrəsi yeni təhsil modelinin əli ilə salınır.

Təhsilin yeni çağırış səsi yeni nəğmələr yaradır. Odur ki hər bir cəmiyyətin oxuduğu nəğmənin alt qatında onun real “bəstəkarı” olan təhsili, daha doğrusu, təhsilin məzmununu görmək, onun necəliyinin fərqinə varmaq olar…

Dünyaca məşhur maarifçi-pedaqoqların tarix haqqında söylədikləri maraqlı bir tərif də var: “Tarix – cəmiyyətə necə təhsil veriləcəyini və dövlətin bununla necə güclənəcəyinin inkişaf ardıcıllığı ilə bağlı elmdir…”

Qəribə görünə bilər; axı tarix deyərkən, orta məktəbdə bu fənni oxuyarkən ağıla ilk olaraq bir-birini əvəz edən döyüşlər, üsyanlar, yaranan və süquta uğrayan dövlətlər və s. kimi hadisələr gəlir. Amma tarixin mahiyyət olaraq məhz təhsilin cəmiyyətə təsir mexanizmi ilə əlaqələndirilməsi, düşünürük ki, çox səhih yanaşmadır. Çünki təhsil adlanan predmet orta əsrlərdə mədrəsələrdə keçilən dünyəvi və ilahi fənlərin ümumi adı yox, dövlətin də, cəmiyyətin də özünütəsdiq, özünüifadə mexanizmi, intellektual yanaşma əmsalıdır.

“Gizli qalan bəstəkar” burada yenidən dövriyyəyə girərək özünün varlığını diktə edir. Bu zaman biz fərqinə varırıq ki, doğrudan da, tarix kitablarında oxuduğumuz və illərini əzbərləməyə çalışdığımız saysız-hesabsız döyüşlər, üsyanlar cəmiyyətlərin necə reformasiyadan keçməsinin, bir-biriylə münasibətlərində yol verilən nöqsanların ən son nəticələridir. Bəs bu nöqsanlar təhsil amilinin cəmiyyətə qazandırmalı olduğu özünəvarma və özünüinkişaf mexanizminin, “intellektual bünövrə” anlayışının yoxluq səbəbi deyilmi?!

Deməli, tarix həm də təhsilin cəmiyyətlər üçün yoxluğunun nəticələrindən bəhs edən predmetdir…

Bu tərif də bizdən olsun…

Davamı…