Xəbərlər

İranda qum fırtınası nəticəsində 620 nəfər xəsarət alıb

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınası nəticəsində 620 nəfər xəsarət alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İSNA məlumat yayıb.

Zabul Sağlamlıq Elmləri Universitetinin xəstəxanadan əvvəl təcili yardım və hadisələrin idarə edilməsi şöbəsinin müdiri Məhəmməd Xəlili mövzu ilə bağlı açıqlama verib: “Sistan bölgəsində şiddətli fırtına və tozdan zərər çəkən 620 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib. Onlardan 25-i stasionar müalicə alıb”.