Xəbərlər

KİV: ABŞ-ın THAAD raketdən müdafiə sistemləri İsrailə yerləşdirilib

ABŞ Silahlı Qüvvələri tərəfindən İsrailə göndərilən THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə sisteminin batareyası döyüş vəzifəsini icra etməyə hazırdır.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Batareyanın aktiv saxlanılması üçün 100-ə yaxın ABŞ hərbçisinin xidmət edəcəyi gözlənilir. Bu İrandan raket hücumu baş verəcəyi halda İsrail dövlətinin havadan müdafiə və raketdən müdafiə imkanlarını gücləndirmək üçün nəzərdə tutulub.