Aktual Elçin Bilaloğlu Füyuzat 128

Ədalətsiz, qərəzli, riyakar Fransa

2020-ci ildə Azərbaycanın qalibiyyəti ilə başa çatmış 44 günlük müharibə Ermənistana və havadarlarına dərs olmadı. Onlar hər məqamda Azərbaycan əleyhinə iş görmək, beynəlxalq ictimaiyyəti ölkəmizə qarşı yönəltmək məqsədilə fürsət gözləyirlər. Amma unudurlar ki, 44 günlük Vətən müharibəsində dünyaya XXI əsrin ən yeni müharibə modelini təqdim edən Azərbaycanın tətbiq etdiyi strategiya və taktikanı ən güclü dövlətlər belə öyrənərək öz ordularında istifadə etməkdən ötrü islahatlar aparırlar. Tarixinin ən qüdrətli, müstəqil daxili və xarici siyasətini yürüdən Azərbaycan Respublikası döyüş meydanında qazandığı qalibiyyəti diplomatik meydanda da uğurla davam etdirir.

Bu gün Azərbaycan hadisələrin axarı ilə gedən deyil, əksinə, hadisələri istədiyi məcraya yönəldən bir dövlətdir. Bunu 2022-ci ilin ikinci yarısında baş verənlər bir daha sübut edir.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Cənubi Qafqazda yeni səhifə açıldı. Yola saldığımız ilin yayının sonunda Rusiyanın Xarkovda strateji məğlubiyyətindən sonra ermənilərin sərhəddə aktivləşməsi fonunda Azərbaycan ciddi addım ataraq sərhəddə bir neçə kilometr dərinlikdə irəlilədi. Rusiya–Ermənistan paktına və İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasına baxmayaraq, Rusiyanın ermənilərə açıq-aşkar dəstək göstərməməsi Ermənistan–Rusiya müttəfiqliyinə ciddi zərbə vurdu və ermənilərin Vaşinqtonla birgə hərəkətinə səbəb oldu. Sentyabr münaqişəsi ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəslə dayandırıldı.

2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti və Fransanın dəstəyi ilə BMT TŞ-nin gündəliyinə “Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdi. Müzakirələrdən dərhal sonra Fransa BMT TŞ-nin daimi üzvü, hazırda TŞ-nin sədri kimi Laçın–Xankəndi yolundakı vəziyyəti humanitar fəlakət olaraq təqdim edən ermənipərəst mətn hazırlamışdı. Fransa hesab edirdi ki, BMT TŞ-yə ermənipərəst bəyanatı çıxarmaqla daha sonra onu qətnamə kimi qəbul etdirə biləcək. Çünki İrəvanla Paris Laçın yolundakı vəziyyəti BMT vasitəsilə dəyişdirməyə can atırdılar. Amma digər beynəlxalq oyunçularla razılaşdırılmadan Fransa tərəfindən aparılan fəaliyyət onların qəzəbinə səbəb oldu. Bu həm Rusiyaya qarşı növbəti erməni xəyanəti, həm də ABŞ-ın dəstəyi ilə aparılan sülh sazişi üzrə danışıqlara, bütövlükdə beynəlxalq ictimaiyyətə hörmətsizlik idi. Fransa 2022-ci ilin son 10 günü ərzində Laçın yolundakı vəziyyətlə bağlı bəyanatı həyata keçirə bilmədi. Azərbaycanın ciddi diplomatik səyi nəticəsində bəyanatdan əvvəlcə “Dağlıq Qarabağ” sözü çıxarıldı. Daha sonra sənəddə qeyd edildi ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında mümkün ola bilər. Həmçinin mətnə “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi. Azərbaycan tərəfi bütün imkanlarından yararlanaraq Fransanı onun öz meydanında ifşa etdi. Tərəfdaşlarının dəstəyi ilə rəsmi Bakı bəyanatın mətnini o qədər yumşalda bilib ki, sənəd 6-7 redaksiya dəyişikliyindən sonra azərbaycanpərəst bəyanata çevrilib. Bundan sonra rəsmi Paris sənəddən imtina etmək məcburiyyətində qaldı.

Davamı…