Füyuzat 128 Könül Bünyadzadə Kültür-sənət

Öz dilimdir şirin dil

Uca dağlar uzaqdan daha yaxşı görünür. Mən də hərdən düşünürəm ki, Vətən sevgisi qəriblikdə bir az fərqli, bir az dərin, bir az da qüssəli olur. Xarici səfərlərə gedəndə həmin sevgidən az da olsa dadmalı oluram, ancaq gerçəyini oralarda həmişəlik yaşayanlar bilər. Vətənə, torpağa sevgi onun dilinə sevgidən, hörmətdən başlayır. Bax həmin o başlanğıcdan –Azərbaycan dilindən yazmaq istəyirəm.

Xarici ölkələrdə yaşamalı olan həmvətənlərimizin illər keçməsinə baxmayaraq,  Azərbaycan dilində yazması, danışması məndə həmişə maraq doğurub. Bu, Vətəndən uzaqda öz xalqının övladı olaraq qalmasının göstəricisindən, yoxsa yad ölkənin dilini kifayət qədər yaxşı bilməməsindən irəli gəlir? Bəlkə, oxucu auditoriyası yoxdur? Səbəblər çox ola bilər və həmin hissləri yaşayanlar bunun daha yaxşı fərqinə varar. Ancaq bir həqiqət var: məhz ruhu, ürəyi Vətəndən qopmayanlar öz dilində danışmaqdan qürur duyur, ləzzət alır, canına can qatılır.

Amerika Birləşmiş Ştatlarına səfərim zamanı tanış olduğum Olcay Kartarı Rachedlə ünsiyyət məni doğma dilim haqda təkrar düşünməyə sövq etdi. Əsli-kökü Borçalıdan olan, lakin özü Türkiyədə doğulub-böyüsə də, 40 ildən çox Amerikada federal səviyyədə, Buş-oğuldan başlamış bu günə kimi Amerikanın bütün prezidentlərinin tərcüməçisi işləyən və Azərbaycanda çoxlarının tanıyıb sevdiyi Olcay xanım. Onun şirin Borçalı ləhcəsi ilə uşaqlıq xatirələrini, məzəli hadisələri, övladlarıyla bağlı arzularını danışdıqca qulaqlarımda davamlı olaraq bu məşhur mahnı  səslənirdi:

Şirin dil, şirin dil,

Ana dilim, şirin dil.

Həm təbibdi, həm məlhəm,

Şirin söhbət, şirin dil.

Haydegger hesab edirdi ki, “dil varlığın evidir”. İnsan sadə varlıq deyil. Müəyyən şərait, şərtlər onun düşüncəsi ilə ruhunu bir-birindən ayıra bilir. Hər ikisi varlığın bir parçası olduğu üçün dil də “parçalanır”: bəzən təfəkkürün ifadəçisi olur, bəzən də ruhun; məsələn, dəqiq elmlərdə dil istər-istəməz təfəkkürün “xidmətçisi”dir və məcbur olur ki, fikirləri hakim auditoriyanın anladığı şəkildə çatdırsın. Humanitar sahə isə ruhun “meydanı” olduğundan dil də ruhun qulluğunda durur, hətta bəzən onun yüksəldiyi ilahi aləmdəkiləri çatdırmaqda aciz qalıb “qurusa” da, onun hökmündən çıxmır.

Davamı…